2021-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında

09.08.2021, 12:00

2021-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 20325,2 min ton, yük dövriyyəsi isə 4781,8 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,3 faiz və 2,0 faiz azalma müşahidə olunmuşdur. Yüklərin 11407,0 min tonu və ya 56,1 faizi avtomobil nəqliyyatı, 6598,6 min tonu və ya 32,5 faizi dəmir yolu nəqliyyatı, 2319,6 min tonu və ya 11,4 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Dəhliz vasitəsilə daşınmış yüklərin 22,9 faizini və ya 4652,6 min tonunu tranzit yüklər təşkil etmişdir.

Əlaqə telefonu: 377 10 70 (22-22)