2021-ci ilin yanvar-iyun aylarında Ümumi Daxili Məhsul istehsalı

15.07.2021, 12:00

2021-ci ilin yanvar-iyun aylarında ölkədə 39 915,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,1 faiz artmışdır.

ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 3 987,6 manata bərabər olmuşdur.

Əlaqə telefonu: 377-10-70 (22-15)