2021-ci ilin yanvar-iyun aylarında sənaye istehsalı haqqında

15.07.2021, 12:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-iyun aylarında 23,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 3,2 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,6 faiz artmışdır.

Sənaye məhsulunun 62,6 faizi mədənçıxarma sektorunda, 31,3 faizi emal sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 8,8 faiz artmışdır.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,2 dəfə, tütün məmulatlarının istehsalı 80,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 78,2 faiz, elektrik avadanlıqlarının istehsalı 60,6 faiz, maşın və avadanlıqların istehsalı 48,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 48,1 faiz, tikinti materiallarının istehsalı 40,2 faiz, kağız və karton istehsalı 34,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 29,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 24,0 faiz, geyim istehsalı 10,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,4 faiz, qida məhsullarının istehsalı 8,1 faiz, neft məhsullarının istehsalı 5,5 faiz, hazır metal məmulatlarının istehsalı 3,4 faiz artmış, içkilərin istehsalı 5,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 5,3 faiz, mebel istehsalı 24,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,1 faiz, poliqrafiya məhsullarının istehsalı 52,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 69,1 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11,2 faiz artmışdır.

Əlaqə telefonu: 377 10 70 (22-10)