2021-ci ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı

10.06.2021, 12:00

2021-ci ilin yanvar-may aylarında ölkədə 31532,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,5 faiz artmışdır.

ÜDM istehsalının 41,2 faizi sənaye, 10,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 4,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 3150,6 manata bərabər olmuşdur.

Əlaqə telefonu: 377 10 70 (22-15)