2021-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında

08.05.2021, 12:00

2021-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10176,2 min ton, yük dövriyyəsi isə 2405,2 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,8 faiz və 8,7 faiz azalma müşahidə olunmuşdur. Yüklərin 5636,0 min tonu və ya 55,4 faizi avtomobil nəqliyyatı, 3349,4 min tonu və ya 32,9 faizi dəmir yolu nəqliyyatı, 1190,8 min tonu və ya 11,7 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Dəhliz vasitəsilə daşınmış yüklərin 23,5 faizini və ya 2393,9 min tonunu tranzit yüklər təşkil etmişdir.

Əlaqə telefonu: 377 10 70 (22-22)