Pərakəndə ticarət dövriyyəsi haqqında

14.04.2021, 12:00

2021-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,5 milyard manatlıq, o cümlədən 5,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,3 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,7 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,1 faiz artmışdır.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla

2020-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi 9 524,8 98,9
o cümlədən:
ərzaq məhsulları 4 628,8 102,2
içkilər və tütün məmulatları 548,8 100,8
toxuculuq məhsulları, geyim və ayaqqabılar 1 559,6 99,1
elektrik malları və mebellər 477,8 89,4
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 65,4 102,4
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 216,1 145,5
avtomobil benzini və dizel yanacağı 514,1 90,8
digər qeyri-ərzaq malları 1 514,2 90,0

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,8 faizi içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

2021-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 25,8 faizi ticarət müəssisələri, 50,1 faizi fərdi sahibkarlar tərəfindən, 24,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,3 faiz, fərdi sahibkarlar üzrə 3,7 faiz artmış, bazar və yarmarkalarda isə 16,3 faiz azalmışdır.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 318,1 manatlıq, o cümlədən 172,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145,2 manatlıq qeyri-ərzaq malları almışdır.  

Əlaqə telefonu: 377 10 70 (22-60)