Payızlıq bitkilərin səpini barədə

30.12.2020, 12:00

Ölkədə 2021-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 976730,7 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpin aparılmış sahənin 98,5 faizini və yaxud 962402,7 hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 594896,6 hektarı buğda, 367230,1 hektarı arpa, 276,0 hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Şəki şəhəri (36180,3 ha) və Cəlilabad (56500,0 ha), Şamaxı (30371,8 ha), Füzuli (28559,0 ha), İsmayıllı (22719,0 ha), Ağcabədi (21612,1ha), Qobustan (18927,0 ha) rayonlarında, ən çox arpa bitkisi Şəki şəhəri (29922,7 ha) və Neftçala (34470,0 ha), Kürdəmir (26760,4 ha), Biləsuvar (19334,0 ha), Ağsu (17326,0 ha), Ağdaş (13386,0 ha), Goranboy (13365,0 ha) rayonlarında səpilmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4,8 faiz, o cümlədən buğdanın səpin sahəsi 7,2 faiz, arpanın səpin sahəsi 0,6 faiz, çovdarın səpin sahəsi 21,1 faiz azalmışdır.

Əlaqə telefonu: 377 10 70 (22-40)