Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında
2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton, yük dövriyyəsi isə 6972,3 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23,0 faiz və 15,5 faiz azalma müşahidə olunmuşdur. Yüklərin 16621,7 min tonu və ya 55,7 faizi avtomobil nəqliyyatı, 9532,7 min tonu və ya 31,9 faizi dəmir yolu nəqliyyatı, 3711,2 min tonu və ya 12,4 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 20,4 faizini və ya 6095,3 min tonunu tranzit yüklər təşkil etmişdir.
Əlaqə telefonu: 377 10 70 (22-22)