2020-ci ilin yanvar-sentyabr aylarında Ümumi Daxili Məhsul istehsalı

16.10.2020, 11:10

2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 52074,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz, neft-qaz sektorunda isə 6,4 faiz azalmışdır.

ÜDM istehsalının 34,7 faizi sənaye, 11,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 5222,5 manata bərabər olmuşdur.

Əlaqə telefonu: 377 10 70 (22-15)