Pərakəndə ticarət dövriyyəsi haqqında

16.04.2020, 12:00

2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlıq, o cümlədən 4,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,4 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi üzrə 1,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,9 faiz artım, qeyri-ərzaq malları üzrə isə 0,5 faiz azalma müşahidə olunmuşdur.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2019-cu ilin yanvar - mart aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 9 242,3 101,2
o cümlədən:
ərzaq məhsulları 4 338,2 103,1
içkilər və tütün məmulatları        502,8 100,8
toxuculuq məhsulları, geyim və ayaqqabılar 1 545,7 96,4
elektrik malları və mebellər    528,4 100,1
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 63,6 98,3
əczaçılıq və tibbi mallar 144,7 130,5
avtomobil yanacağı 481,9 97,7
digər qeyri-ərzaq məhsulları   1 637,0 100,8

Cari ilin birinci rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 16,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi elektrik malları və mebellərin, 5,2 faizi avtomobil yanacağının, 1,6 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

2020-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,7 faizi ticarət müəssisələri, 47,8 faizi fərdi sahibkarlar tərəfindən, 28,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,5 faiz artmış, fərdi sahibkarlar üzrə 1,1 faiz, bazar və yarmarkalarda isə 11,0 faiz azalmışdır.

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,4 manat və ya 2019-cu ilin müvafiq rübünün göstəricisindən nominal ifadədə 10,8 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,3 manatlıq qeyri-ərzaq malları almışdır.

Əlaqə telefonu: 538-77-25