Xarici ticarət əlaqələri haqqında

16.04.2020, 12:00

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 85 ölkəyə məhsul ixrac olunmuş, 136 ölkədən idxal olunmuşdur.

              Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 4883,0 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 3095,9 milyon dollarını və ya 63,4 faizini ölkədən ixrac olunmuş məhsulların, 1787,1 milyon dollarını (36,6 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1308,8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,3 faiz, real ifadədə 14,8 faiz, o cümlədən idxal 34,5 faiz, ixrac isə 1,0 faiz azalmışdır.

              2020-ci ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar-fevral aylarına nisbətən faktiki qiymətlərlə 5,2 faiz artmış, real ifadədə isə 3,4 faiz azalaraq 295,8 milyon dollar təşkil etmişdir.                                                                                                

              Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 45,9 faizini İtaliyaya, 9,6 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,6 faizini Yunanıstana, 3,7 faizini Tunisə, 3,2 faizini Çexiyaya, 2,9 faizini Almaniyaya, hər biri 2,8 faiz olmaqla Rusiya və Gürcüstana, 2,7 faizini Ukraynaya, 2,0 faizini Çinə, 1,8 faizini Portuqaliyaya, 11,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

 Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (29,8 faiz), Türkiyəyə (25,5 faiz), Gürcüstana (11,8 faiz), İsveçrəyə (9,7 faiz), Çinə (2,6 faiz), İtaliyaya (2,1 faiz), Ukraynaya (1,9 faiz), İrana (1,9 faiz), Qazaxıstana (1,9 faiz), Yunanıstana  (1,4 faiz), Almaniyaya (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

  Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,7 faizi Çin, 14,3 faizi Rusiya, 14,0 faizi ABŞ, 13,2 faizi Türkiyə, 5,3 faizi Almaniya, 4,6 faizi İtaliya, 3,4 faizi Ukrayna, 2,9 faizi İran, hər biri 2,2 faiz olmaqla Türkmənistan və Birləşmiş Krallıq, hər biri 1,9 faiz olmaqla Koreya və Yaponiya, 1,3 faizi Fransa, 18,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

  2020-ci ilin yanvar-fevral aylarında 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə mühüm məhsul növlərindən şəkərin ixracı 3,8 faiz, bitki yağları – 2,7 dəfə, meyvə və tərəvəz konservləri – 1,8 dəfə, meyvə və tərəvəz şirələri – 34,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,2 dəfə, kartof – 1,6 dəfə, pambıq lifi – 16,1 faiz, polietilen – 6,1 faiz, emal olunmamış alüminium – 10,6 faiz, pambıq ipliyi – 1,8 dəfə, qara metallardan borular – 1,7 dəfə artmış, təzə meyvə ixracı isə 24,5 faiz, təzə tərəvəz – 12,1 faiz, çay – 10,7 faiz, tütün – 47,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 73,1 faiz, bentonit gili – 17,3 faiz azalmışdır.

  2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 2020-ci ilin yanvar-fevral aylarında bitki yağlarının idxalı 0,7 faiz, təzə meyvə – 9,2 faiz, kartof – 1,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 21,4 faiz, çay – 20,3 faiz, mal əti – 7,2 faiz, təzə tərəvəz – 25,3 faiz, minik avtomobilləri – 2,3 dəfə, dərman vasitələri – 26,6 faiz, polad prokatı – 45,6 faiz, qara metallardan borular – 14,5 faiz, hesablama maşınları, blok və qurğuları – 1,8 dəfə, qara metallardan çubuqlar – 2,0 dəfə, rezin şinlər – 5,1 faiz, yük avtomobilləri – 1,9 dəfə, mebellər – 0,4 faiz, avtobuslar – 1,7 dəfə, polietilen – 3,5 faiz, paltaryuyan maşınlar – 12,5 faiz, məişət soyuducuları – 1,7 dəfə artmış, buğda idxalı isə 60,7 faiz, quş əti və onun əlavə məhsulları – 25,5 faiz, xam şəkər və şəkər – 74,3 faiz, siqaret – 88,1 faiz, mineral gübrələr – 58,5 faiz, qara metallardan künclüklər – 31,2 faiz, məişət kondisionerləri – 66,1 faiz, sement və sement klinkerləri – 12,3 faiz azalmışdır.

            

         Əlaqə telefonu: 538-77-25