Dövlət Statistika Komitəsinin əməkdaşları Bolqarstanda təşkil edilən təlimdə iştirak ediblər

13.11.2019, 17:00

2019-cu ilin 11-12 noyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində Bolqarıstanın Milli Statistika İnstitutunda təşkil edilmiş təlim səfərində iştirak ediblər.

Təlim səfərinin məqsədi insan resurslarının idarə olunması sahəsində Bolqarıstan təcrübəsinin öyrənilməsidir.

Təlim zamanı Bolqarıstan Milli Statistika Institutunda insan resurslarının idarə olunması, strategiya və icrası, işci heyətin qiymətləndirilməsi proseduru, statistik təlim strategiyasına baxış, statistik təlim sistemi, dövlət orqanlarında statistik təlim ehtiyaclarının qiymətləndirilməsi proseduru, təşkilati sturukturda insan resursları ilə bağlı sturuktur vahidin mövqeyi və rolu, karyera inkişafı və təliminin inzibati alətləri, kadrların qiymətləndirilmə proseduru və təlim sistemi haqqında ətraflı məlumat verilmişdir.