Dövlət Statistika Komitəsində ulu öndər H.Əliyevin doğum gününə həsr olunmuş mini futbol üzrə ənənəvi idman turnirinə start verilib

15.04.2019, 16:07

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində ümummilli lider Heydər  Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş mini futbol üzrə ənənəvi idman turnirinə start verilib. Turnirdə Komitənin mərkəzi aparatını və Bakı Şəhər Statistika İdarəsini təmsil edən ümumilikdə 6 komanda iştirak edir. Qrup oyunlarından sonra, 4 may tarixində keçiriləcək final oyunu ilə turnirin qalibi elan olunacaq. Turnirin qalib komandasının heyəti kubok, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.