Nəqliyyat sektorunda yükdaşıma qiymətlərinin dəyişməsi haqqında

18.03.2016

2016-cı ilin yanvar-fevral aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 51,4 faiz bahalaşmışdır.
Cari ilin fevral ayında yanvar ayına nisbətən yükdaşıma qiymətləri 0,9 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 0,8 və 1,1 faiz, beynəlxalq əlaqələr üzrə yükdaşıma qiymətləri hava nəqliyyatnda 1,7 faiz, dəmir yolu nəqliyyatında 0,6 faiz, dəniz nəqliyyatında 0,3 faiz, avtomobil nəqliyyatında 0,5 faiz ucuzlaşmış, yerli əlaqə üzrə isə yükdaşıma qiymətlərində dəyişiklik baş verməmişdir.

Əlaqə telefonu: 538-52-72