2014-cü ilin yanvar-oktyabr aylarında ümumi daxili məhsul istehsalı

14.11.2014

2014-cü ilin on ayında ölkə iqtisadiyyatında 49,2 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmiş, onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,8 faiz artmışdır.
Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artmış, neft-qaz hasilatı və emalı sahələrində isə 1,8 faiz azalmışdır.
ÜDM-in 61,1 faizi istehsal sahələrində, o cümlədən 43,6 faizi sənayedə, 12,3 faizi tikintidə, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 31,7 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5 faizi informasiya və rabitə xidmətləri sahələrində, 48,4 faizi isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin edilmişdir.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil etmişdir.

Əlaqə telefonu: 538 74 50