2013-cü ilin sentyabr ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

10.10.2013

2013-cü ilin sentyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz artmış, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 4,6 faiz aşağı düşmüşdür.
Ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,2 faiz ucuzlaşmış, metal filizlərinin hasilatı üzrə 5,6 faiz, xam neft və təbii qaz hasilatı üzrə isə 0,3 faiz bahalaşmışdır.
Sentyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 25,1 faiz, metallurgiya sənayesi üzrə 10,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,9 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,6 faiz, mebel istehsalı üzrə 0,3 faiz, qida məhsullarının istehsalı və içki istehsalı üzrə 0,2 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı və elektrik avadanlıqlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, kimya sənayesi üzrə 2,7 faiz, neft məhsullarının istehsalı üzrə 2,3 faiz, geyim istehsalı üzrə 1,8 faiz, poliqrafiya fəaliyyəti üzrə isə istehsalçı qiymətləri 0,6 faiz bahalaşmışdır.

Əlaqə telefonu: 5385272