2013-cü ilin sentyabr ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında

10.10.2013

2013-cü ilin sentyabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz, sərnişindaşıma tarifləri isə 0,7 faiz ucuzlaşmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 1,2 faiz, idxal üzrə 4,1 faiz və tranzit üzrə 0,8 faiz ucuzlaşmış, yerli əlaqə üzrə isə 3,0 faiz bahalaşmışdır. Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 3,3 faiz ucuzlaşmışdır.
Boru kəməri vasitəsilə qazın və neftin nəql olunma tarifləri üzrə və həmçinin, avtomobil və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə dəyişiklik müşahidə olunmamışdır.
Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 2,9 faiz, digər xarici ölkələrə isə 4,1 faiz ucuzlaşmışdır.

Əlaqə telefonu: 5385272