Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin yanvar-iyun aylarında əhalinin gəlirləri
Cari ilin yanvar-iyun aylarında əhalinin hər nəfərinə düşən gəlirlər 2012-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq 1708,8 manat və ya orta hesabla ayda 284,8 manat təşkil etmişdir. Adambaşına gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 3,7 faiz bəndi üstələmiş və nəticə olaraq əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz yüksəlmişdir.
Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 15,8 milyard manatlıq gəlirin 69,2 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 19,8 faizi isə yığıma yönəldilmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 14,4 milyard manat həcmində və ya əvvəlki ildəkindən 7,1 faiz çox vəsait qalmışdır.
Əlaqə telefonu: 538-90-98