Dövlət Statistika Komitəsinin sədri “Şöhrət” ordeni ilə təltif edildi

28.06.2013

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikasında statistika işinin təşkilində xidmətlərinə görə Arif Mikayıl oğlu Vəliyev "Şöhrət" ordeni ilə təltif edilsin. www.president.az