2013-cü ilin mart ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

15.04.2013

Mart ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,0 faiz, o cümlədən çoxillik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,3 faiz bahalaşmış, birillik bitkilərin istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 1,4 faiz, kartofun 0,2 faiz, göyərtilərin 0,7 faiz, pomidorun 0,5 faiz, balqabağın 3,1 faiz, baş sarımsağın 0,1 faiz, quru otun 3,2 faiz, yoncanın istehsalçı qiymətləri 0,8 faiz ucuzlaşmış, arpanın istehsalçı qiymətləri 0,7 faiz, kələmin 2,1 faiz, xiyarın 0,8 faiz, baş soğanın 0,1 faiz, cəfərinin istehsalçı qiymətləri isə 4,5 faiz bahalaşmışdır.
Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 1,2 faiz, naringinin 6,7 faiz, almanın 2,7 faiz, şabalıdın 3,2 faiz, fındığın istehsalçı qiymətləri 1,0 faiz bahalaşmış, qozun istehsalçı qiymətləri isə 1,1 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,7 faiz, təbii balın istehsalçı qiymətləri 1,2 faiz ucuzlaşmışdır. Bu ucuzlaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 1,0 faiz, camışın 0,6 faiz, diri qoyun və keçilərin 0,8 faiz, qazın 0,5 faiz, qoyun ətinin (diri çəkidə) 0,7 faiz, quş ətinin (diri çəkidə) 3,2 faiz, südün 1,6 faiz, yumurtanın istehsalçı qiymətləri 5,7 faiz bahalaşmışdır.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,8 faiz ucuzlaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72