2013-cü ilin yanvar ayında Ümumi Daxili Məhsul istehsalı

18.02.2013

2013-cü ilin ilk ayında ölkə iqtisadiyyatında 4,5 milyard manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,8 faiz çox ümumi daxili məhsul istehsal edilmiş, ÜDM-in əhalinin hər nəfərinə həcmi 484,2 manat və ya 616,9 ABŞ dolları təşkil etmişdir.
İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artaraq 2,2 milyard manat və ya ÜDM-in 49,6 faizini təşkil etmişdir. Ümumi daxili məhsulun 50,4 faizi isə neft-qaz istehsalı və emalı sahələrinin payına düşmüşdür.
ÜDM-in 53,7 faizi sənayedə, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 6,2 faizi tikintidə, 7,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,9 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitə xidmətlərində, 12,6 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilmişdir.
Məhsula və idxala xalis vergilər ÜDM-in 8,3 faizini təşkil etmişdir.

Əlaqə telefonu: 538 74 50