Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi haqqında

11.02.2013

2012-ci ildə ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 1971 min manat və ya 2011-ci illə müqayisədə 189 min manat çox vəsait sərf olunmuşdur. Onun 68 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 32 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənmişdir.
Ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 366,3 milyon ədəd balıq körpələrinin 356,7 milyon ədədi çəkikimilərin, 5,5 milyon ədədi bitki ilə qidalanan balıqların, 3,3 milyon ədədi nərəkimilərin və 0,8 milyon ədədi isə qızıl balıqların payına düşmüşdür.

Tel:5387357