Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin yanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
Yanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,6 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 3,1 və 1,3 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşmışdır.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,1 faiz, arpanın 0,5 faiz, göyərtilərin 2,0 faiz, kartofun 11,9 faiz, pomidorun 0,4 faiz, baş sarımsağın 0,1 faiz, balqabağın 3,7 faiz, quru otun 1,9 faiz, yoncanın istehsalçı qiymətləri 0,7 faiz bahalaşmış, kələmin istehsalçı qiymətləri 0,2 faiz, turpun 0,5 faiz, cəfərinin istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 2,7 faiz, narın 0,1 faiz, xurmanın 0,4 faiz, limonun 0,6 faiz, naringinin 15,6 faiz, heyvanın 1,6 faiz, qozun 1,0 faiz, fındığın 5,4 faiz, şabalıdın istehsalçı qiymətləri 13,9 faiz bahalaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,7 faiz, camışın 0,6 faiz, hind toyuğunun 3,7 faiz, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,3 və 1,2 faiz, quş ətinin (diri çəkidə) 2,0 faiz, südün 0,5 faiz, təbii balın istehsalçı qiymətləri 0,7 faiz bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində diri qoyun və keçilərin istehsalçı qiymətləri 0,5 faiz, yumurtanın istehsalçı qiymətləri isə 3,4 faiz ucuzlaşmışdır.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,5 faiz bahalaşma müşahidə olunmuşdur.
Tel: 538-52-72