2013-cü ilin yanvar ayında Dövlət Statistika Komitəsinin veb səhifəsinə daxil olan istifadəçilər haqqında

04.02.2013

2013-cü ilin yanvar ayında Dövlət Statistika Komitəsinin veb səhifəsinə 20406 nəfər istifadəçi daxil olmuşdur. Daxil olanların 91,9 faizi ölkə, qalanları isə xarici ölkə istifadəçiləridir.
Saytın resurslarından 76 ölkənin istifadəçiləri bəhrələnmişdir. Sayta daxil olan istifadəçilərin pik həddi yanvar ayının 15-nə təsadüf etmiş və orta hesabla gün ərzində Dövlət Statistika Komitəsinin internet səhifəsindən 658 nəfər istifadə etmişdir.