Əmtəə bazarı haqqında

08.11.2012

2012-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində 14,0 milyard manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox istehlak malları satılmışdır. Satılmış ərzaq məhsullarının həcmi 1,9 faiz artaraq 7,8 milyard manata, qeyri-ərzaq mallarının həcmi 20,5 faiz artaraq 6,2 milyard manata bərabər olmuşdur. 2011-ci ilin on ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 4,1 faiz bəndi azalaraq 55,8 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 44,2 faiz təşkil etmişdir.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 84,8 manatlıq ərzaq, 67,1 manatlıq qeyri-ərzaq malları almışdır.

Tel: 538-76-95