2012-ci ilin iyun ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında

12.07.2012

     2012-ci ilin iyun ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,5 faiz, sərnişindaşıma tarifləri isə 1,0 faiz artmışdır.
     Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 3,3 faiz ucuzlaşmış, yerli əlaqə üzrə 8,5 faiz, tranzit üzrə 1,8 faiz, ixrac üzrə 1,2 faiz bahalaşmışdır. Beynəlxalq əlaqə üzrə sərnişindaşıma tariflərində 8,5 faiz bahalaşma müşahidə olunmuşdur.
     Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 1,9 faiz ucuzlaşmış, digər xarici ölkələrə isə 2,1 faiz bahalaşmışdır.
     Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,8 faiz bahalaşmışdır.