Səlimov Rauf Ağaməmməd oğlu - Sədrin müavini, Kollegiyanın üzvü

Sədrin müavini
Telefon: 538-90-73
Faks: 538-90-73
E-poçt: rauf.salimov@stat.gov.az
Qəbül günləri: Çərşənbə saat 1600 - 1800 və başqa vaxtlarda
1964-cü il avqust ayının 23-də Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomları ilə bitirmişdir. İqtisad elmləri namizədidir.
1985-ci ildən 1989-cu ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı, 1989-cu ildən 2007-ci ilədək Dövlətstatkomun Aparatında sektor müdiri və şöbə müdiri vəzifələrində işləmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 5 mart tarixli sərancamı ilə Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Evlidir, iki övladı var.