AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT STATİSTİKA KOMİTƏSİNİN
ELMİ-METODOLOJİ ŞURASININ
III İCLASI
G Ü N D Ə L İ K
| Sıra №-si | Müzakirə olunan məsələ | Məruzəçi |
|---|---|---|
| 1. |
Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi üzrə: 1. “İnzibati Ərazi Bölgüsü Təsnifatı”nın 2024-cü ilədək qüvvədə olan versiyası ilə yeni versiyası arasında keçid “açarları”nın layihəsinin müzakirəsi. |
V.Məmmədəlizadə |
| 2. |
Xidmət statistikası şöbəsi üzrə: 1. “Yük avtonəqliyyat vasitələrindən istifadə haqqında” statistik müayinə forması və onun doldurulmasına dair göstərişin layihəsinin müzakirəsi. |
G.Quliyev |
| 3. |
Əhali statistikası şöbəsi üzrə: 1. “Azərbaycan Respublikasında doğum, ölüm və perinatal ölüm halları haqqında” 2 №-li (səhiyyə) aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin ləğv olunmasının müzakirəsi. |
R.Allahverdiyev |
| 4. |
Kənd təsərrüfatı statistikası şöbəsi üzrə: 1. “Arıçılıq məhsullarının istehsalına dair” statistik müayinə forması və onun doldurulmasına dair göstərişin layihəsinin müzakirəsi. 2. “Meşə fondu sahələrindən meşə məhsullarının tədarükü və yığılmasına dair” statistik müayinə forması və onun doldurulmasına dair göstərişin layihəsinin müzakirəsi. |
V.Rəsul |