AZƏRBAYCAN  RESPUBLİKASI DÖVLƏT STATİSTİKA  KOMİTƏSİNİN
ELMİ-METODOLOJİ ŞURASININ
I İCLASI
G Ü N D Ə L İ K

16 yanvar 2024-cü il

Sıra №-si Müzakirə olunan məsələ Məruzəçi
1. 1. “Dövlət Statistika Komitəsi aparatının şöbələri tərəfindən (sahə şöbələri üzrə Statistik Biznes-Prosesi ümumi Modeli, qeyri-sahə şöbələri üzrə istehsal prosesinin sxemi əsasında) istehsal prosesinin təşkili, onun modernizasiyası, həyata keçirilən innovativ fəaliyyətlər və qarşıda duran vəzifələrlə bağlı təkliflərin 2024-cü ildə Elmi-metodoloji şurada müzakirəyə təqdim edilməsinə dair plan-qrafik”in layihəsinin müzakirəsi.
Y.Yusifov
2. Sənaye və tikinti statistikası şöbəsi üzrə:
1. “Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evləri haqqında” 4-yaşayış evi №-li rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin layihəsinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən təqdim edilmiş təkliflərin müzakirəsi.
E.Qasımzadə
3. Energetika və ətraf mühit statistikası şöbəsi üzrə:
1. 2023-cü ilin 16-17 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində təşkil olunmuş “Ətraf mühit statistikası və göstəricilərə dair işçi qrupunun 20-ci sessiyası”nın nəticələri olaraq irəli sürülmüş təkliflərin müzakirəsi.
2. 2023-cü ilin 9-11 oktyabr tarixlərində onlayn formatda Beynəlxalq Enerji Agentliyi tərəfindən keçirilmiş “Enerji statistikasına dair 26-cı təlim kursu”nun nəticələri olaraq irəli sürülmüş təkliflərin müzakirəsi.
E.Məmmədov
E.Eminov
4. Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi üzrə:
1. “İnzibati Ərazi Bölgüsü Təsnifatı”nın layihəsinin müzakirəsi.
V.Məmmədəlizadə
5. Ticarət statistikası şöbəsi üzrə:
1. “Humanitar yardımın paylanması haqqında” 1-HY №-li rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin ləğv olunmasının müzakirəsi.
A.İbrahimova