2025-ci ildə nəqliyyat dəhlizlərində yük daşımaları haqqında
2025-ci ildə nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 14261,4 min ton, avtomobil nəqliyyatı ilə 11046,1 min ton və dəniz nəqliyyatı ilə 7229,7 min ton yük daşınmışdır. Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16909,8 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8173,2 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9289,0 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5804,8 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 533,6 min ton təşkil etmişdir.
Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,2 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 42,3 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 93,3 faizini tranzit yüklər təşkil etmişdir.
Əlaqə nömrəsi: 377 10 70 (22-22)
