AZ    EN
logo

Əsas kapitala yönəldilmiş investisiyalar haqqında

11.02.2026, 10:47

2026-cı ilin yanvar ayında əsas kapitala 1405,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin yanvar ayı ilə müqayisədə 75,6 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 78,3 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 73,9 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 758,6 milyon manatı və ya 54,0 faizi məhsul  istehsalı  sahələrinə, 551,0 milyon  manatı (39,2 faizi) xidmət sahələrinə, 96,3 milyon manatı (6,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 1004,0 milyon manatını və ya 71,4 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 577,2 milyon manatı və ya 41,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

 

Əlaqə telefonu: 377-10-70 (22-10)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim