Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi Şəhidlər Xiyabanını ziyarət edib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının məzarı üzərinə gül dəstələri düzülüb, əziz xatirələri dərin hörmət və ehtiramla yad edilib.






