AZ    EN
logo

Pərakəndə ticarət dövriyyəsi haqqında

19.01.2026, 12:00

2025-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 67,6 milyard manatlıq, o cümlədən 36,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 30,7 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə 6,8 faiz artmışdır.

Hesabat ilində əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

2025-ci ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,3 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.                      

Hesabat ilində qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki illə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil etmişdir.

2024-cü illə müqayisədə 2025-ci ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,1 faiz, fərdi sahibkarlar üzrə 1,1 faiz, bazar və yarmarkalarda isə 4,6 faiz artmışdır.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 550,2 manatlıq, o cümlədən 300,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 249,9 manatlıq qeyri-ərzaq malları almışdır.   

 

Əlaqə telefonu: 377 10 70 (22-60)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim