AZ    EN
logo

Xarici ticarət əlaqələri haqqında

11.12.2025, 12:00

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 120 ölkəyə məhsul ixrac olunmuş, 170 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 39913,9 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 20688,7 milyon dollarını və ya 51,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 19225,2 milyon dollarını (48,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1463,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,9 faiz artmış, real ifadədə isə 7,9 faiz azalmışdır. İdxal real ifadədə 7,9 faiz, ixrac isə 7,8 faiz azalmışdır.

2025-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 2987,8 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 6,6 faiz artmış, real ifadədə isə 17,7 faiz azalmışdır.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,8 faizi İtaliya, 11,7 faizi Türkiyə, 10,2 faizi Rusiya, 9,3 faizi Çin, 3,0 faizi Almaniya, 2,6 faizi ABŞ, 2,5 faizi Birləşmiş Krallıq, 2,1 faizi İsveçrə, hər biri 1,9 faiz olmaqla Avstraliya və Çexiya, hər biri 1,7 faiz olmaqla Gürcüstan və Yunanıstan, hər biri 1,6 faiz olmaqla Bolqarıstan və Xorvatiya, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Rumıniya, 1,3 faizi İran, 1,2 faizi Özbəkistan, hər biri 1,1 faiz olmaqla Portuqaliya və Ukrayna, 0,9 faizi Fransa, hər biri 0,8 faiz olmaqla Belarus və Hindistan, 12,3 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

 

İxracın 46,9 faizini İtaliyaya, 13,0 faizini Türkiyəyə, 4,5 faizini Rusiyaya, 3,3 faizini Çexiyaya, 3,1 faizini Yunanıstana, 3,0 faizini Bolqarıstana, 2,9 faizini Xorvatiyaya, 2,6 faizini Gürcüstana, 2,5 faizini Almaniyaya, 2,3 faizini Rumıniyaya, 2,0 faizini Portuqaliyaya, 1,8 faizini İsveçrəyə, 1,3 faizini Birləşmiş Krallığa, 1,0 faizini İrlandiyaya, hər biri 0,9 faiz olmaqla Niderland və Ukraynaya, 0,8 faizini Tunisə, 0,7 faizini Fransaya, 0,6 faizini Hindistana, 0,5 faizini Serbiyaya, 5,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

 Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (16,3 faiz), İsveçrəyə (9,7 faiz), Gürcüstana (9,2 faiz), Ukraynaya (5,7 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,1 faiz), Qazaxıstana (2,7 faiz), Belarusa (2,1 faiz), Özbəkistana (2,0 faiz), Türkmənistana (1,8 faiz), ABŞ-a (1,7 faiz), İtaliyaya (1,2 faiz), Almaniyaya (1,1 faiz), Çinə (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

 Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,4 faizi Çin, 16,5 faizi Rusiya, 10,1 faizi Türkiyə, 5,2 faizi ABŞ, 4,0 faizi Avstraliya, 3,9 faizi Birləşmiş Krallıq, 3,6 faizi Almaniya, hər biri 2,7 faiz olmaqla Qazaxıstan və İran, 2,4 faizi İsveçrə, hər biri 2,1 faiz olmaqla Özbəkistan və İtaliya, hər biri 1,5 faiz olmaqla Meksika, Yaponiya, Braziliya və Cənubi Afrika Respublikası, hər biri 1,4 faiz olmaqla Koreya və Belarus, 1,2 faizi Ukrayna, hər biri 1,0 faiz olmaqla Fransa və Hindistan, 0,9 faizi İspaniya, 12,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2025-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 28,2 faiz, təzə tərəvəz – 17,9 faiz, şəkər – 58,5 faiz, siqaretlər – 35,0 faiz, kartof – 47,1 faiz, bitki yağları – 22,3 faiz, mineral gübrələr – 8,0 faiz, polietilen – 5,2 faiz, emal olunmamış alüminium – 48,7 faiz, sement klinkerləri – 13,8 faiz, pambıq ipliyi – 17,8 faiz artmış, meyvə və tərəvəz şirələri ixracı isə 1,5 faiz, meyvə və tərəvəz konservləri – 19,0 faiz, tütün – 45,7 faiz, çay – 4,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 27,0 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 22,0 faiz, pambıq lifi – 9,8 faiz, polipropilen – 6,4 faiz, elektrik enerjisi – 34,9 faiz, qara metallardan borular – 9,8 faiz, qara metallardan çubuqlar – 40,2 faiz, bentonit gili – 16,4 faiz azalmışdır.  

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2025-ci ilin yanvar-oktyabr aylarında buğda idxalı 6,4 faiz, xam şəkər – 25,6 faiz, kartof – 13,8 faiz, mal əti – 2,8 faiz, təzə tərəvəz – 35,6 faiz, siqaretlər – 2,8 dəfə, minik avtomobilləri – 29,8 faiz, polad prokatı – 0,7 faiz, avtobuslar – 2,4 dəfə, məişət kondisionerləri – 11,5 faiz, mineral gübrələr – 3,1 faiz, polietilen – 20,0 faiz, polipropilen – 5,2 faiz, məişət soyuducuları – 11,6 faiz artmış, bitki yağları idxalı isə 7,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 12,1 faiz, təzə meyvə    – 14,7 faiz, şokolad və şokolad məhsulları – 4,0 faiz, unlu qənnadı məmulatları – 2,0 faiz, çay – 5,5 faiz, quş əti və onun əlavə məhsulları – 28,9 faiz, dərman vasitələri – 15,6 faiz, qara metallardan borular – 12,4 faiz, hesablama maşınları, blok və qurğuları – 9,8 faiz, ayaqqabılar – 2,0 faiz, rezin şinlər – 3,1 faiz, sintetik yuyucu vasitələr – 5,8 faiz, mebellər     – 0,3 faiz, yük avtomobilləri – 6,4 faiz, qara metallardan çubuqlar – 0,9 faiz, paltaryuyan maşınlar – 11,2 faiz, qara metallardan künclüklər – 1,9 faiz, sement – 21,8 faiz azalmışdır.

 

 Əlaqə telefonu: 377 10 70 (22-60)

 

 

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim