Rəsmi statistikanın modernizasiyası üzrə Yüksək Səviyyəli Qrupun seminarı keçirilib
2025-ci ilin 19 – 21 noyabr tarixlərində BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən Cenevrə şəhərində Rəsmi statistikanın modernizasiyası üzrə Yüksək Səviyyəli Qrupun (HLG-MOS) Rəsmi statistikanın modernizasiyası üzrə seminarı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi aparatının rəhbəri Qasım Əliyev iştirak edib.
Tədbir zamanı HLG-MOS çərçivəsində bu il həyata keçirilmiş müxtəlif fəaliyyətlər barədə hesabat təqdim olunmuş və 2026-cı il üçün iş proqramı müzakirə edilmişdir. Seminar statistik məhsullar üçün süni intellektin tətbiqinin təkmilləşdirilməsi, statistik etimad və inam məsələləri, 2025-ci il üzrə HLG-MOS-un layihə və modernizasiya qruplarının nəticə və nailiyyətləri, 2026-cı il üçün nəzərdə tutulan fəaliyyət və layihə təklifləri, eləcə də “Soapbox” (müstəqil çıxış platforması) kimi sessiyaları əhatə etmişdir.


