AZ    EN
logo
image

Dövlət Statistika Komitəsi Yüksək Səviyyəli Seminarda təmsil olunub

16.05.2025, 17:09

2025-ci ilin 14-16 may tarixlərində Monteneqronun Budva şəhərində “Dəyişən dünyada rəsmi statistika: statistikanın gələcəyi üçün dəyərlər, səmərəlilik və hazırlıq” mövzusunda Yüksək Səviyyəli Seminar keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Toğrul Əcəlov iştirak ediblər.

Sözügedən tədbir zamanı Avropa Azad Ticarət Assosiasiyası və BMT Avropa İqtisadi Komissiyası tərəfindən Avropa Qonşuluq Siyasətinin Şərq Tərəfdaşlığı, habelə Mərkəzi Asiya ölkələrində son illərdə statistika sahəsində tətbiq edilmiş yeniliklər, rəsmi statistikanın dəyəri, məlumat istehsalında səmərəlilik, prioritet istiqamətlər və statistik əməkdaşlıq mövzularında sessiyalar təşkil olunmuş, iştirakçı ölkələrin milli statistika qurumlarının yüksək vəzifəli şəxsləri tərəfindən təqdimatlar edilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim