AZ    EN
logo

2025-ci ilin yanvar-mart aylarında nəqliyyat dəhlizlərində yük daşımaları haqqında

16.05.2025, 12:00

2025-ci ilin yanvar-mart aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 3672,1 min ton, dəniz nəqliyyatı ilə 1763,9 min ton və avtomobil nəqliyyatı ilə 2553,0 min ton yük daşınmışdır. Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3994,8 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 1875,4 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 2441,1 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 1418,4 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 134,7 min ton təşkil etmişdir.

 Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,3 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 45,2 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 95,2 faizini tranzit yüklər təşkil etmişdir.

Əlaqə nömrəsi: 377 10 70 (22-22)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim