AZ    EN
logo
image

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Statistika Komitəsinin əməkdaşları ağacəkmə aksiyasında iştirak edib

10.05.2025, 19:23

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Statistika Komitəsinin əməkdaşları ağacəkmə aksiyasında iştirak edib.

Aksiya çərçivəsində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 2000 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim