AZ    EN
logo

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında

26.04.2023, 12:00

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz artaraq 549,2 min olmuşdur. Gecələmələrin ümumi sayının 55,3 faizi Bakıda, 9,6 faizi Qusarda, 5,0 faizi Qubada, 4,6 faizi Qəbələdə, 3,7 faizi Naftalanda, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 3,1 faizi Şabranda, 2,9 faizi Lənkəranda, 1,2 faizi Mingəçevirdə, 1,1 faizi İsmayıllıda, 1,1 faizi Gəncədə, 0,9 faizi Şuşada, 0,9 faizi Şamaxıda, 0,7 faizi Şəkidə, 0,6 faizi Qaxda və 5,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 79,7 faiz artaraq 309,2 min olmuşdur ki, bu da ümumi gecələmələrin 56,3 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,3 faizi Rusiya Federasiyası, 9,5 faizi Türkiyə, 8,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 7,3 faizi Hindistan, 5,7 faizi Səudiyyə Ərəbistanı, 4,6 faizi Küveyt, 3,5 faizi Böyük Britaniya, 2,9 faizi Qazaxıstan, 2,8 faizi Gürcüstan, 2,6 faizi Pakistan, 2,3 faizi ABŞ, 2,2 faizi İsrail, 1,6 faizi Belarus, 1,4 faizi Almaniya, 1,4 faizi Özbəkistan, 1,2 faizi Qətər, 1,2 faizi İran, 0,9 faizi Ukrayna, 0,9 faizi Çin, 0,9 faizi İtaliya, 0,7 faizi Fransa, 0,6 faizi Oman, 0,5 faizi Niderland, 17,4 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,1 faizi Bakıda,  8,9 faizi Qusarda, 3,5 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Naxçıvan Muxtar Respublikasında, 0,3 faizi Şabranda, 1,8 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Azərbaycan Respublikası vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 240,0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 43,7 faizini təşkil edir.

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə  müqayisədə 42,8 faiz artaraq 85,2 milyon manat olmuşdur ki, onun da 55,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 faizi ictimai iaşə xidmətlərindən, 6,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,6 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 13,4 faiz səviyyəsində olmuşdur (2022-ci ilin yanvar-mart aylarında 10,9 faiz). Bu göstərici Naftalanda 37,0 faiz, Qusarda 30,3 faiz, Şabranda 29,0 faiz, Beyləqanda 25,7 faiz, Bərdədə 22,8 faiz, Şuşada 20,2 faiz, Bakıda 19,9 faiz, Qubada 19,6 faiz, Sabirabadda 18,6 faiz, Naxçıvan Muxtar Respublikasında 16,7 faiz, Ağcabədidə 15,3 faiz, Lənkəranda 14,8 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.

Əlaqə telefonu: 377-10-70 (22-22)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim