AZ    EN
logo
2023-cü ilin yanvar-sentyabr aylarında 1204 yol-nəqliyyat hadisəsi baş vermişdir.2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz təşkil etmişdir.2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olmuşdur.2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14258,0 milyon manat məbləğində vəsait yönəldilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 3,3 faiz artmışdır.2023-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 29989,2 milyon ABŞ dolları təşkil etmişdir.2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmişdir2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton olmuşdur.2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2647,1 min olmuşdur.
image

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirilib

18.03.2023, 11:00

Dövlət Statistika Komitəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Dövlət Statistika Komitəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının eyni zamanda, könüllülərin iştirakı ilə ağacəkmə zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim