AZ    EN
logo
2023-cü ilin yanvar-sentyabr aylarında 1204 yol-nəqliyyat hadisəsi baş vermişdir.2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz təşkil etmişdir.2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olmuşdur.2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14258,0 milyon manat məbləğində vəsait yönəldilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 3,3 faiz artmışdır.2023-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 29989,2 milyon ABŞ dolları təşkil etmişdir.2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmişdir2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton olmuşdur.2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2647,1 min olmuşdur.
image

BMT-nin Statistika Komissiyasının 54-cü sessiyası və rəsmi statistika üzrə Yüksək Səviyyəli Forum keçirilir

03.03.2023, 14:30

2023-cü ilin 27 fevral – 3 mart tarixlərində Nyu York şəhərində BMT-nin Statistika Komissiyasının 54-cü sessiyası və rəsmi statistika üzrə Yüksək Səviyyəli Forum keçirilir.  Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov iştirak edib.

Sessiyanın müzakirəsinə 19 sənəd çıxarılıb, 9 məlumat xarakterli məsələyə baxılıb. 4 gün davam edən sessiyada 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəliklə müəyyən olunmuş göstəricilər və həmin göstəricilər üzrə məlumatların toplanması, sosial-iqtisadi və demoqrafik statistika, ev təsərrüfatları üzrə sorğular, milli hesablar, sahibkarlıq, ticarət, maliyyə və qiymət statistikası, elm, texnika və innovasiya, ətraf mühit statistikası, regional səviyyədə statistikanın inkişafı, ekoloji-iqtisadi hesablar, rəsmi statistikanın əsas prinsipləri, beynəlxalq statistik təsnifatlar, statistik potensialın gücləndirilməsi, rəsmi statistikada keyfiyyətin təmin olunması sistemi, irihəcmli məlumatlar, qaçqınlar, məcburi köçkünlər və vətəndaşlığı olmayan şəxslər, cinayətkarlıq və hüquqpozmalarla bağlı statistika, rəsmi statistika ilə geoməkan məlumatlarının inteqrasiyası, Statistika Komissiyasının iş metodları və bir sıra digər mövzular üzrə müvafiq ekspert və işçi qrupları tərəfindən hazırlanmış məruzələrə dair qərarlar qəbul edilib. Eyni zamanda beynəlxalq müqayisələr proqramı, məlumatların yayılması və mübadiləsi üzrə vahid standartlar, BMT-nin Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının qərarlarının icrası məqsədilə görülmüş işlər üzrə hazırlanmış məlumat xarakterli məruzələr təqdim olunub. Rəsmi statistika üzrə Yüksək Səviyyəli Forumda isə Ümumi Daxili Məhsula dair aktual məsələlərə baxılıb.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim