AZ    EN
logo
2023-cü ilin yanvar-sentyabr aylarında 1204 yol-nəqliyyat hadisəsi baş vermişdir.2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz təşkil etmişdir.2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olmuşdur.2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14258,0 milyon manat məbləğində vəsait yönəldilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 3,3 faiz artmışdır.2023-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 29989,2 milyon ABŞ dolları təşkil etmişdir.2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmişdir2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton olmuşdur.2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2647,1 min olmuşdur.

Turizmin mövcud vəziyyəti haqqında

16.09.2022, 12:00

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasına dünyanın 173 ölkəsindən 1004,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 26,2 faizi Rusiya Federasiyası, 19,8 faizi Türkiyə, 11,0 faizi İran, 7,9 faizi Səudiyyə Ərəbistanı, 4,7 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 2,7 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Qazaxıstan, hər birindən 1,6 faiz olmaqla İsrail və Küveyt, 1,5 faizi Oman, 1,4 faizi Özbəkistan, 1,2 faizi Böyük Britaniya, 10,9 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74,2 faizini kişilər, 25,8 faizini qadınlar təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 407,0 dəfə, Küveytdən - 167,1 dəfə, Omandan - 148,8 dəfə, Pakistandan - 27,3 dəfə, Hindistandan - 15,1 dəfə, İsraildən - 6,2 dəfə, Bəhreyndən - 6,0 dəfə, Qazaxıstandan - 5,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 5,7 dəfə, ABŞ-dan - 3,5 dəfə, Almaniyadan - 3,0 dəfə, Fransadan - 2,6 dəfə, Böyük Britaniyadan - 2,0 dəfə, Türkiyədən - 1,8 dəfə, İrandan - 1,7 dəfə, Ukraynadan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Gürcüstandan - 23,2 faiz artmışdır.

2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə artaraq 254,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 49,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 335,5 min nəfər olmuşdur.

2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,8 dəfə artaraq 983,0 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,4 dəfə, Türkiyəyə gedənlərin sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,2 dəfə artmışdır. Ölkə vətəndaşlarının 48,0 faizi Türkiyəyə, 17,0 faizi Rusiya Federasiyasına, 11,4 faizi İrana, 8,4 faizi Gürcüstana, 15,2 faizi digər ölkələrə səfər etmişdir.  Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil etmişdir.

Əlaqə telefonu: 377 10 70 (22-22) 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim