AZ    EN
logo
2023-cü ilin yanvar-sentyabr aylarında 1204 yol-nəqliyyat hadisəsi baş vermişdir.2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz təşkil etmişdir.2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olmuşdur.2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14258,0 milyon manat məbləğində vəsait yönəldilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 3,3 faiz artmışdır.2023-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 29989,2 milyon ABŞ dolları təşkil etmişdir.2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmişdir2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton olmuşdur.2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2647,1 min olmuşdur.
image

Baş nazir Əli Əsədov Finlandiya və Litvanın statistika qurumlarının rəhbərləri ilə görüşüb

11.04.2022, 20:15

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 11-də Finlandiya Respublikası Statistika İdarəsinin Baş direktoru Markus Sovala və Litva Respublikası Statistika Departamentinin Baş direktoru Yurate Petrauskiene ilə görüşüb.

Görüşdə Azərbaycanda statistika sahəsində islahatların aparıldığı, milli statistika sisteminin ölkədə və beynəlxalq aləmdə cərəyan edən sosial-iqtisadi proseslərə və müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyi vurğulandı.

Bakıda keçirilən “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” tvinninq layihəsinin yekunlarına həsr olunmuş konfransın əhəmiyyəti vurğulandı.

Layihə çərçivəsində ölkəmizdə biznes statistikası sahəsinin müxtəlif istiqamətlərinin təkmilləşdirilməsi, o cümlədən kiçik və orta biznes üzrə statistik məlumatlarla işləyən yerli mütəxəssislərin potensialının artırılması ilə bağlı müzakirələr aparıldı.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim