AZ    EN
logo
2023-cü ilin yanvar-sentyabr aylarında 1204 yol-nəqliyyat hadisəsi baş vermişdir.2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz təşkil etmişdir.2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olmuşdur.2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14258,0 milyon manat məbləğində vəsait yönəldilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 3,3 faiz artmışdır.2023-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 29989,2 milyon ABŞ dolları təşkil etmişdir.2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmişdir2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton olmuşdur.2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2647,1 min olmuşdur.
image

Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Vilnüsdə təşkil edilən təlim səfərində iştirak ediblər

21.01.2022, 12:55

2022-ci il 17-21 yanvar tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Avropa İttifaqının “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” tvinninq layihəsi çərçivəsində Litva Statistika Departamentində səfərdə olub. Səfərin məqsədi biznes statistikası məlumatlarının istehsalı, GSBPM üzrə müəssisələr statistikasının aparılması, Biznes reyestrin keyfiyyəti və seçmə şəbəkəsinin formalaşdırılması üzrə Dövlət Statistika Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının potensialının artırılmasından ibarətdir.

Litva Statistika Departamentinin mütəxəssisləri tərəfindən Litva statistikasında biznes statistikası məlumatlarının istehsalı, proseslər xəritəsinin əsas alt prosesləri, qısamüddətli biznes statistikası üçün GSBPM üzrə həyata keçirilən istehsal prosesi, sənaye, ticarət, ictimai iaşə, tikinti sahəsində fəaliyyət göstərən müəsssisələrin statistik müayinəsinə dair Litva təcrübəsi və s. mövzulara dair təqdimatlar edilib. Təlim iştirakçıları Litvalı mütəxəssislərlə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb.

Səfərdə Dövlət Statistika Komitəsinin nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları da iştirak ediblər.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim