AZ    EN
logo
2021-ci ildə istehlak qiymətləri indeksi 106,7 faiz təşkil etmişdir. 2021-ci ildə ÜDM-in artımı 5,6 faiz olmuşdur. 2021-ci ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı 724,1 manat olmuşdur. 2021-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30746,3 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz artmışdır. 2021-ci ildə əsas kapitala 16127,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ildə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 18,9 faiz artmışdır. 2021-ci ilin yanvar-noyabr aylarında ölkədə 80688,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38327,5 milyon manatlıq mal satılmışdır. 2021-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 26654,5 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 106,2 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 11708,1 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-noyabr aylarında 5,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2021-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1699,3 min nəfər olmuşdur 2021-ci ilin yanvar-sentyabr aylarında ölkədə 62877,4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Pərakəndə ticarət dövriyyəsi haqqında

14.01.2022, 12:00

2021-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq, o cümlədən 24,0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,9 faiz artmışdır.

 Hesabat ilində əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla

2020-ci ilə nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi 44 217,5 103,2
o cümlədən:
ərzaq məhsulları 21 743,6 102,8
içkilər və tütün məmulatları 2 287,8 100,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar 6 809,0 102,0
elektrik malları və mebellər 2 278,3 101,5
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 439,7 123,2
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 952,0 124,8
avtomobil benzini və dizel yanacağı 2 494,3 103,9
digər qeyri-ərzaq malları 7 212,8 103,0

Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 54,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

2021-ci ildə istehlak mallarının dəyər ifadəsində 26,3 faizi ticarət müəssisələri, 52,2 faizi fərdi sahibkarlar tərəfindən, 21,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci illə  müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,6 faiz artmış, fərdi sahibkarlar üzrə 1,5 faiz, bazar və yarmarkalarda 2,1 faiz azalmışdır.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 367,8 manatlıq, o cümlədən 199,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 167,9 manatlıq qeyri-ərzaq malları almışdır.  

Əlaqə telefonu: 377 10 70 (22-60)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim