AZ    EN
logo
2021-ci ildə istehlak qiymətləri indeksi 106,7 faiz təşkil etmişdir. 2021-ci ildə ÜDM-in artımı 5,6 faiz olmuşdur. 2021-ci ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı 724,1 manat olmuşdur. 2021-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30746,3 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz artmışdır. 2021-ci ildə əsas kapitala 16127,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ildə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 18,9 faiz artmışdır. 2021-ci ilin yanvar-noyabr aylarında ölkədə 80688,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38327,5 milyon manatlıq mal satılmışdır. 2021-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 26654,5 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 106,2 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 11708,1 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-noyabr aylarında 5,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2021-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1699,3 min nəfər olmuşdur 2021-ci ilin yanvar-sentyabr aylarında ölkədə 62877,4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Payızlıq bitkilərin səpini barədə

29.12.2021, 12:00

Ölkədə 2022-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 1021987,6 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpin aparılmış sahənin 98,8 faizini və yaxud 1009451,2 hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 601837,6 hektarı buğda, 407448,6 hektarı arpa, 165,0 hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Cəlilabad (56449,3 ha), Şəki (32318,6 ha), Şamaxı (29321,4 ha), Füzuli (29321,0 ha), İsmayıllı (22495,0 ha), Hacıqabul (21978,9 ha) və Ağcabədi (19654,7 ha) rayonlarında, ən çox arpa bitkisi Neftçala (34825,7 ha), Kürdəmir (32996,4 ha), Şəki (32964,4 ha), Biləsuvar (22568,1 ha), Ağsu (18921,0 ha), Goranboy (14450,0 ha) və Füzuli (12518,3 ha) rayonlarında səpilmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 2,9 faiz,   o cümlədən arpanın səpin sahəsi 9,3 faiz artmış, buğdanın səpin sahəsi 1,1 faiz azalmışdır.

Əlaqə telefonu: 377 10 70 (22-40) 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim