AZ    EN
logo
2021-ci ildə istehlak qiymətləri indeksi 106,7 faiz təşkil etmişdir. 2021-ci ildə ÜDM-in artımı 5,6 faiz olmuşdur. 2021-ci ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı 724,1 manat olmuşdur. 2021-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30746,3 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz artmışdır. 2021-ci ildə əsas kapitala 16127,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ildə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 18,9 faiz artmışdır. 2021-ci ilin yanvar-noyabr aylarında ölkədə 80688,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38327,5 milyon manatlıq mal satılmışdır. 2021-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 26654,5 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 106,2 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 11708,1 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-noyabr aylarında 5,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2021-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1699,3 min nəfər olmuşdur 2021-ci ilin yanvar-sentyabr aylarında ölkədə 62877,4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə

10.12.2021, 12:00

2021-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 min nəfər və ya 1,0 faiz artaraq 1702,1 min nəfər olmuş, onlardan 903,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 798,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19,4 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2021-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Əlaqə telefonu: 377-10-70 (22-08)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim