AZ    EN
logo
2021-ci ildə istehlak qiymətləri indeksi 106,7 faiz təşkil etmişdir. 2021-ci ildə ÜDM-in artımı 5,6 faiz olmuşdur. 2021-ci ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı 724,1 manat olmuşdur. 2021-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30746,3 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz artmışdır. 2021-ci ildə əsas kapitala 16127,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ildə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 18,9 faiz artmışdır. 2021-ci ilin yanvar-noyabr aylarında ölkədə 80688,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38327,5 milyon manatlıq mal satılmışdır. 2021-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 26654,5 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 106,2 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 11708,1 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-noyabr aylarında 5,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2021-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1699,3 min nəfər olmuşdur 2021-ci ilin yanvar-sentyabr aylarında ölkədə 62877,4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Xarici ticarət əlaqələri haqqında

10.12.2021, 12:00

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 115 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 26654,5 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 17320,7 milyon dollarını və ya 65,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 9333,8 milyon dollarını (35,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 7986,9 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,4 faiz artmış, real ifadədə isə 1,8 faiz, o cümlədən idxal 12,3 faiz azalmış, ixrac isə 6,6 faiz artmışdır.

2021-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 42,2 faiz, real ifadədə 31,0 faiz artaraq 2053,6 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 39,6 faizini İtaliyaya, 11,9 faizini Türkiyəyə, 4,5 faizini Xorvatiyaya, 4,1 faizini Rusiyaya, 3,7 faizini İsrailə, 3,3 faizini İspaniyaya, hər biri 3,2 faiz olmaqla Gürcüstan və Portuqaliyaya, 3,0 faizini Hindistana, 2,6 faizini Tunisə, hər biri 2,5 faiz olmaqla Almaniya və Ukraynaya, 2,0 faizini Birləşmiş Krallığa, hər biri 1,4 faiz olmaqla Belarus və İsveçrəyə, hər biri 1,3 faiz olmaqla Kanada və Yunanıstana, 8,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (24,8 faiz), İsveçrəyə (9,0 faiz), Gürcüstana (6,4 faiz), ABŞ-a (2,9 faiz), Braziliyaya (2,3 faiz), Ukraynaya (2,1 faiz), Qazaxıstana (1,5 faiz), Çinə (1,4 faiz), İtaliyaya (1,3 faiz), Belçikaya (1,3 faiz), Niderlanda (1,2 faiz), Türkmənistana (1,1 faiz), Özbəkistana (1,0 faiz), Birləşmiş Krallığa (1,0 faiz), İrana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiya, 15,9 faizi Türkiyə, 14,0 faizi Çin, 5,7 faizi Almaniya, hər biri 3,9 faiz olmaqla ABŞ və Ukrayna, 3,8 faizi İtaliya, 3,3 faizi İran, 2,5 faizi Birləşmiş Krallıq, 2,3 faizi Yaponiya, 1,9 faizi Koreya, 1,6 faizi Fransa, 1,5 faizi Braziliya, 1,2 faizi Hindistan, 1,1 faizi Belarus, 1,0 faizi Vyetnam, 18,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2021-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,4 faiz, kartof – 12,9 faiz, şəkər – 30,5 faiz, meyvə və tərəvəz şirələri – 4,3 faiz, meyvə və tərəvəz konservləri – 24,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 0,6 faiz, pambıq lifi – 44,0 faiz, polietilen – 26,8 faiz, pambıq ipliyi – 2,3 dəfə, qara metallardan yarımfabrikatlar – 4,6 dəfə, qara metallardan borular – 10,0 faiz, bentonit gili – 1,0 faiz artmış, təzə tərəvəz ixracı isə 22,5 faiz, bitki yağları – 15,4 faiz, tütün – 13,6 faiz, çay – 19,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 11,1 faiz, emal olunmamış alüminium – 26,4 faiz  azalmışdır.

2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2021-ci ilin yanvar-oktyabr aylarında xam şəkər idxalı 1,9 dəfə, çay - 4,4 faiz, kartof – 20,8 faiz, təzə tərəvəz – 40,0 faiz, minik avtomobilləri – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 8,4 faiz, yük avtomobilləri – 1,7 dəfə, rezin şinlər – 28,5 faiz, mebellər – 31,6 faiz, paltaryuyan maşınlar – 19,0 faiz, məişət kondisionerləri – 0,4 faiz, avtobuslar – 19,2 faiz, məişət soyuducuları – 44,4 faiz artmış, buğda idxalı 22,0 faiz, bitki yağları – 6,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 8,9 faiz, quş əti və onun əlavə məhsulları – 0,3 faiz, mal əti – 44,8 faiz, siqaretlər – 32,0 faiz, dərman vasitələri – 10,6 faiz, polad prokatı – 37,6 faiz, qara metallardan borular – 23,8 faiz, qara metallardan çubuqlar – 67,9 faiz, mineral gübrələr – 60,9 faiz, polietilen – 27,7 faiz, qara metallardan künclüklər – 24,1 faiz, sement və sement klinkerləri – 15,1 faiz azalmış, təzə meyvə idxalı isə dəyişməz qalmışdır.

Əlaqə telefonu: 377 10 70 (22-60)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim