Pərakəndə ticarət dövriyyəsi haqqında

12.11.2021, 12:00

2021-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artmışdır.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla

2020-ci ilin yanvar-oktyabr  aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi 34 433,6 102,9
o cümlədən:
ərzaq məhsulları 16 865,7 102,5
içkilər və tütün məmulatları 1 735,6 100,4
toxuculuq məhsulları, geyim və ayaqqabılar 5 296,5 101,3
elektrik malları və mebellər 1 856,8 101,6
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 321,2 127,8
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 758,6 136,3
avtomobil benzini və dizel yanacağı 2 078,6 103,4
digər qeyri-ərzaq malları 5 520,6 101,6

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 15,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 5,4 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

2021-ci ilin yanvar-oktyabr aylarında istehlak mallarının dəyər ifadəsində 27,0 faizi ticarət müəssisələri, 49,8 faizi fərdi sahibkarlar tərəfindən, 23,2 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 20,4 faiz artmış, fərdi sahibkarlar üzrə 3,1 faiz, bazar və yarmarkalarda 0,8 faiz azalmışdır.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 343,8 manatlıq, o cümlədən 185,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 158,1 manatlıq qeyri-ərzaq malları almışdır.  

Əlaqə telefonu: 377 10 70 (22-60)