image

“Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” tvinninq layihəsinin aralıq dövr iclası keçirilmişdir.

05.10.2021, 16:00

2021-ci il 5 oktyabr tarixində “Hyatt Regency Baku” mehmanxanasında  Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” Tvinninq layihəsi çərçivəsində iclas keçirilmişdir.

Layihə Finlandiya Statistika İdarəsi, Litva Statistika Departamenti və Niderland Mərkəzi Statistika Bürosundan ibarət konsorsium tərəfindən həyata keçirilir. Əsas benefisiar təşkilatlar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir.

Tvinninq layihəsinin ümumi məqsədi Azərbaycanda özəl sektorun/kiçik və orta biznesin fəaliyyətinə dair məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması sahəsində yerli mütəxəssislərin potensialının artırılmasından ibarətdir. Layihə çərçivəsində statistik biznes reyestrlərin təkmilləşdirilməsi və istifadəçilərin biznes statistikasına olan tələbatı nəzərə alınmaqla biznes statistikası metodologiyasının Aİ standartlarına uyğunlaşdırmaq üçün Dövlət Statistika Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən zəruri tədbirlər həyata keçiriləcəkdir.

İclas zamanı layihə çərçivəsində görülmüş işlər, meydana çıxan çətinliklər və planlaşdırılmış fəaliyyətlər barədə geniş müzakirələr aparılmışdır. Layihənin 2022-ci ilin aprel ayında başa çatacağı gözlənilir.